- Sanki Onu Görürmüşsən Kimi Peyğəmbərin Namazı təkbirdən təslimədəkPeyğəmbərimiz (sav) buyurmuşdur: "Mənim necə namaz qıldığımı gördünüzmü, o cür də namaz qılın" Bu kitabda peyğəmbərimiz (sav)-ın namazı necə qıldığı səhih hədsilərlə açıqlanmışdır.
Source : http://www.islamhouse.com/p/328763
Download :
- Dilin Törətdiyi BəlalarEy iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
Source : http://www.islamhouse.com/p/328862
Download :
- Vasitiyyə əqidəsiMüsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/328823
Download :
- Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən ÖncədirHörmətli müsəlman qardaşım! Bu risalə, əsrimizin dahi alimi, yüzlərlə elmi fitvanın və möhtəşəm əsərlərin müəllifi, on minlərlə hədisin üzərində misilsiz elmi tədqiqatlar aparmış hədis mütəxəssisi, sünnəyə sarılmağı ilə zəmanəsinin sələfinə sarsılmaz arxa olmuş hörmətli şeyx Məhəmməd Nasiruddin Əl-Əlbaninin (Allah onun qəbrini nurla doldursun) İslam ümmətinə verdiyi dəyərli nəsihətlərdən bəhs edir. Kitabda Hər bir müsəlmanın bilməsi vacib olan önəmli məsələlərdən söz açılır
Source : http://www.islamhouse.com/p/328821
Download :
- Quranı Necə Anlamalı(Təfsirin Növləri və Bəzi Ayələrin Şərhi)Bu dəyərli kitabda Quranı anlamağın yollarından söz açılır. Mövzusuna görə Azərbaycanda nəşr edilən ilk kitabdır. Qurani Kərimi anlamaq istəyən hər bir müsəlman qardaş və bacılarımıza bu kitabı oxumağı tövsiyə edirik. İbn Abbas (r) buyurmuşdur: Quranı öyrənib əməl edən insanın dünyada haqq yolundan azmaması və axirətdədə ziyana uğramamasına Uca Allah zəmanət vermişdir. Bu kitabı Azərbaycan dilinə tərcumə edən Fərahim qardaşımızdan Allah razı olsun və bu xeyr əməlini onun axirət dəftərinə yazsın. Amin
Source : http://www.islamhouse.com/p/328708
Download :