Noble Quran » Azərbaycanca » Sorah At-Tariq ( The Night-Comer )

Choose the reader


Azərbaycanca

Sorah At-Tariq ( The Night-Comer ) - Verses Number 17
وَالسَّمَاءِ وَالطَّارِقِ ( 1 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 1
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ ( 2 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 2
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
النَّجْمُ الثَّاقِبُ ( 3 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 3
(O, zülməti yaran) parlaq ulduzdur!
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ ( 4 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 4
Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ ( 5 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 5
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
خُلِقَ مِن مَّاءٍ دَافِقٍ ( 6 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 6
O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ ( 7 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 7
(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ ( 8 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 8
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
يَوْمَ تُبْلَى السَّرَائِرُ ( 9 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 9
Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ( 10 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 10
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ ( 11 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 11
And olsun yağış sahibi olan göyə;
وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ ( 12 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 12
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
إِنَّهُ لَقَوْلٌ فَصْلٌ ( 13 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 13
Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!
وَمَا هُوَ بِالْهَزْلِ ( 14 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 14
O, oyun-oyuncaq (əyləncə) deyildir!
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا ( 15 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 15
Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.
وَأَكِيدُ كَيْدًا ( 16 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 16
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا ( 17 ) At-Tariq ( The Night-Comer ) - Ayaa 17
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!

Random Books

  • İmam Nəvavinin 40 hədis kitabıİmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.

    Source : http://www.islamhouse.com/p/328705

    Download :İmam Nəvavinin 40 hədis kitabı

  • İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinməBu kitabda İslam əxlaqı və əqidəsinin ən mühüm məsələlərindən olan insanların çoxunun əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə haqqında geniş məlumat yer almaqdadır. Hər bir müsəlman Allah və rəsulunun haram buyurduğu əməllərdən çəkinməlidir. Bu kitabı tərcümə edərək oxucularımıza təqdim edəm Fərahim qardaşımızdan Allah razı olsun.

    Source : http://www.islamhouse.com/p/328767

    Download :İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə

  • Dilin Törətdiyi BəlalarEy iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)

    Source : http://www.islamhouse.com/p/328862

    Download :Dilin Törətdiyi Bəlalar

  • Camaat namazı-

    Formation : Ramil Soltanov

    Source : http://www.islamhouse.com/p/307770

    Download :Camaat namazıCamaat namazı

  • Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.

    Formation : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/329743

    Download :Raşidi xəlifələrin fəzilətiRaşidi xəlifələrin fəziləti